Tovuzdakı qətllə bağlı cinayət işi açıldı 

21:01 16.10.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Oktyabrın 16-da saat 12 radələrində Tovuz rayonu, Əyyublu kəndi ərazisində 1996-ci il təvəllüdlü Mətanət Hacızadənin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Hafta.az xəbər verir ki, bu barədə Tovuz rayon prokurorluğu məlumat yayıb.

Araşdırma zamanı 1993-ci il təvəllüdlü Səbuhi Hacızadənin Mətanət Hacızadəni qəsdən öldürməsi, daha sonra isə intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Tovuz rayon prokurorluğunda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.